Cənubi Osetiya Rusiyaya birləşdirilir? Dünya

Cənubi Osetiya Rusiyaya birləşdirilir?

"Əgər xalq istəyərsə, Cənubi Osetiya Rusiyanın ərazisinin bir hissəsi ola bilər".
Bu barədə Cənubi Osetiya separatçı qurumun "xarici işlər naziri" David Sanakoyev Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Lakin onun sözlərinə görə, "respublika"nın hazırda Rusiya ilə birləşməsindən söhbət getmir: "Cənubi Osetiya və Rusiyanın münasibətlərinin sonrakı inkişaf yolunu ölkəmizin xalqı müəyyən edəcək. Əgər Rusiya Federasiyasına birləşmə haqqında arzu ifadə olunarsa, müvafiq prosedurlar həyata keçiriləcək".
Qeyd edək ki, dünən David Sanakoyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət sərhədi haqqında müqaviləni imzalayıb.