

“Rusiyanın Qara dəniz sahillərində yerləşən kurortlarında çimərlik mövsümü rəsmi olaraq gələn həftə açıla bilər”.
Bunu Rusiyanın Hidrometeoroloji Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, gələn həftə Qara dəniz sahillərində suyun temperaturu 20 dərəcədən yuxarı olacaq: “Çimərlik mövsümü yaxınlaşır. Hazırda ən isti su Anapa, Feodosia və Evpatoriadadır. Orada suyun temperaturu 20-21 dərəcəyə qədər istiləşib. Aluştada suyun istiliyi 15, Yaltada 16, Gelendjik, Tuapse və Soçidə isə hələ 19 dərəcədir”.
Qeyd edək ki, mütəxəssislər çimərliklərdə suyun temperaturunun orta hesabla 20-22 dərəcəyə qalxmasını uşaqlar da daxil olmaqla, insan orqanizmi üçün rahat və optimal hesab edir.