“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
22 İyun 2021 09:06
3 696
Erməni cəmiyyəti artıq Ermənistanın daim blokadada olmasından bezib.
Bu barədə Trend-ə politoloq, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev deyib.
"Seçkilər çox gərgin bir şəraitdə keçdi. Nikol Paşinyan qalib gəldi. Ermənistanda bir neçə klan var, "Qarabağ klanı"na Xocalı hadisələri də daxil olmaqla azərbaycanlıların soyqırımında iştirak edən Sarkisyan və Köçəryan rəhbərlik edir", - politoloq bildirib.
Ə.Baabayev qeyd edib ki, seçkilərin nəticələri bir daha ölkə vətəndaşlarının əksəriyyətinin keçmişə deyil, Ermənistanın gələcəyinə səs verdiklərini göstərib: "Bu, bir daha sübut etdi ki, Ermənistan Qafqazda sülhün, iqtisadiyyatın inkişafına, eləcə də Türkiyə, Azərbaycan və Gürcüstan ilə dostluq əlaqələrinin qurulmasına istiqamətlənməlidir."
Politoloq az sayda səs toplayan digər namizədlərə gəldikdə onların siyasi fəaliyyətlərində çatlar yarandığını və seçki nəticələrinin bunu açıq şəkildə göstərdiyini vurğulayıb.
Ekspertin fikrincə, Ermənistanda vəziyyət gərginləşəcək, sabitliyin pozulması və digər qarşıdurmalar mümkündür, xüsusən də Azərbaycanla müharibədəki itki, iqtisadi böhran və pandemiya vəziyyəti daha da dərinləşdirir.
"Levon Ter-Petrosyanın Paşinyanın tərəfdarı kimi "Böyük Ermənistan - dənizdən dənizə" şüarının köhnəldiyini və Ermənistan dövlətinin sabitliyi üçün danışmağın vaxtı gəldiyini söyləməsi yaxşı hal idi. Sabitlik ilk növbədə özgə torpaq və ərazilərinə iddiadan imtina etməkdir", - Ə.Babayev deyib.
30 Dekabr 2025 18:03
1 995
30 Dekabr 2025 17:54
1 925
30 Dekabr 2025 16:38
2 009