TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
8 İyul 2021 14:58
2 541
Estoniyanın Baş nazir Kaya Kallas Sankt-Peterburqdan konsul Mart Lattın qovulmasına cavab olaraq bir Rus diplomatı qovacağını söyləyib.
"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, baş nazir deyib ki,
beynəlxalq münasibətlər praktikasında qəbul olunur ki, bir tərəf diplomatik işçi göndərirsə, o biri tərəfdən simmetrik bir cavab gəlir: "Bəli, belə bir addım atmağı da planlaşdırırıq".
Baş nazirin sözlərinə görə, Sankt-Peterburqdakı hadisə, FTB-nin estoniyalı diplomata qarşı təxribatıdır.
Qeyd olunub ki, Rusiya FTB 6 iyulda Lattın bir Rusiya vətəndaşından gizli materiallar alarkən cinayət başında tutub. Daha sonra Xarici İşlər Nazirliyi konsulu persona non qrata elan edərək diplomatın 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Cavid