27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
9 İyul 2021 09:10
4 116
Pentaqonun rəhbəri Lloyd Ostin və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.
Onun sözlərinə görə, tərəflər telefon danışığı zamanı ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Kabil şəhərinin hava limanında təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər:
"Ostin və Akar təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar, Həmid Karzai Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalar üzrə qarşılıqlı əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər".
Xatırladaq ki, iyunun 14-ü Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu bildirib.
27 Dekabr 17:25
1 911
27 Dekabr 16:15
1 981
27 Dekabr 14:48
1 890