Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib Dünya

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

Bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.