“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
4 Avqust 2021 16:33
2 282
Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstranın səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son iki gün ərzində sutkalıq yoluxmanın 4 mindən çox olması koronavirusun dördüncü dalğasının pik həddi olduğunu göstərir. Nazir müavini qeyd edib ki, epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı
sayının artırılması istiqamətində intensiv iş davam etdirilir.
T. Qabunia xəstəliyin yayılmasının qarşısının alınması üçün insanları tibbi maskadan daha çox istifadəyə çağırıb.