12 Avqust 2021 17:54
3 899
Avropanın cənubunda anomal istilər hökm sürür.
İtaliyanın Siciliya adasının cənub-şərqində 48,8 dərəcə isti qeydə alınıb.
Bu göstərici Avropa qitəsində qeydə alınmış ən yüksək temperatur olub.
Bundan əvvəl 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada 48 dərəcə, 1999-cu ildə Siciliyada 48,5 dərəcə isti qeydə alınmışdı.
Qeyd olunur ki, anomal istilər, həmçinin İspaniya və Portuqaliyada da davam edir.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA