Fidan Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib Dünya

Fidan Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 16-da İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Danışıq zamanı son hücumlar kontekstində cari hadisələr və davam edən danışıqlar müzakirə olunub", — deyə mənbə bildirib. O, başqa təfərrüat açıqlamayıb.

Fidan sonuncu dəfə Əraqçi ilə sentyabrın 12-də telefonla danışıb. O zaman Türkiyə XİN-dəki mənbənin məlumatına görə, nazirlər Hörmüz boğazı ətrafındakı vəziyyətin tənzimlənməsini və Səudiyyə Ərəbistanına edilən hücumları müzakirə etmişdilər.

Məryəm Quliyeva