ABŞ nümayəndələri Omanda husilərlə görüş keçiriblər Dünya

ABŞ nümayəndələri Omanda husilərlə görüş keçiriblər

Amerikalı rəsmilər Omanda Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri ilə görüş keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-nin Məsqətdəki səfirliyində baş tutub. Təşkilatlanmaya Oman hökuməti köməklik göstərib. Husilər Amerika tərəfinə ABŞ gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və 2025-ci il atəşkəsinə sadiq qaldıqlarını bildiriblər. Mənbələrdən birinin sözlərinə görə, hərəkat, həmçinin Səudiyyə Ərəbistanına məxsus olanlar istisna olmaqla, İsrail və digər ticarət gəmilərinə hücum etməmək öhdəliyi götürüb.

ABŞ Dövlət Departamenti "Reuters"ə görüş faktını təsdiqləməyərək bəyan edib ki, Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsi və terrorizmin yayılmasının qarşısının alınması Vaşinqtonun əsas maraqları olaraq qalır.

Məryəm Quliyeva