Azərbaycanlı alpinist Vəfa Musayevadan bəhs edən sənədli film təqdim edildi İdman

Azərbaycanlı alpinist Vəfa Musayevadan bəhs edən sənədli film təqdim edildi

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında çəkilən “Sıfırı bir etdim” sənədli filmi nümayiş olunub.

Ekran işi Musayevanın dağlara olan sevgisindən, alpinist kimi keçdiyi yoldan və dünyanın ən yüksək zirvəsi Everestə yüksəlməsindən bəhs edir.

Film “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının proqramına daxil edilib.