Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
"Prezidentin fikirləri Azərbaycanın dövlət siyasətinin düzgün istiqamətini nümayiş etdirir"
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
15:12
448
Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.
Bu barədə FHN-dən xəbər verilib.
Bildirilib ki, 11-13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində həmin ölkənin Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında karate idman növü üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb.
Mötəbər yarışda iştirak edən Azərbaycan Karate Federasiyasının və FHN-in İdman-sağlamlıq klubunun uşaqlardan ibarət karate komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kumite yarışlarında uşaqlar arasında -24kq çəki dərəcəsində (U-8 kateqoriyasında) Çingiz Abbasov 5 döyüş, -42kq çəki dərəcəsində (U-14 kateqoriyasında) isə Nəzrin Şahməmmədli 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvü -35kq çəki dərəcəsində (U-12 kateqoriyasında) Ramal Şahməmmədli 5 döyüş keçirərək gümüş medala yiyələnib.
Qaliblərə Macarıstan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, komanda məşqçi-müəllim Coşqun Sadıqovun rəhbərliyi altında yarışlara hazırlanaraq mübarizə aparıb.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və komandanınn məşqçi-müəllimi ilə görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA


