Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib Cəmiyyət

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak etmiş 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edibBaş prokuror Şamaxıda vətəndaşları qəbul edibBaş prokuror Şamaxıda vətəndaşları qəbul edib