

6 İyul 10:37
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 357 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 235 171-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 11 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 713 nəfərə çatıb.