17 Sentyabr 2021 11:48
5 803
Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.
Trend-in məlumatına görə, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
O bildirib ki, "Türksat 6A" peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır.
Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.
Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu "Türksat 6A"nın "SpaceX" şirkəti tərfindən buraxılacağını bildirib.
09:21
1 267
09:20
1 176
09:19
1 141