ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq Dünya

ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq

Obama Ukraynanın baş nazirini qəbul edib

Ağ Evdə ABŞ prezidenti Barak Obama və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında görüş keçirilib. APA-nın "UNN" saytına istinadən verdiyi məlumata görə, görüşün əsas mövzusu Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanması olub.
ABŞ prezidenti Barak Obama bir daha Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Obama, eyni zamanda, Rusiya prezidenti Vladimir Putini yeritdiyi kursu dəyişməyə çağırıb.
Öz növbəsində, Yatsenyuk Ukrayna hakimiyyətinin Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, hər şey Rusiyanın danışıqlara başlamağa hazır olmasından asılıdır. "Biz heç vaxt təslim olmayacağıq", - deyə Yatsenyuk bildirib.