Britaniyanın iqtisadi siyasəti dəyişilə bilər Dünya

Britaniyanın iqtisadi siyasəti dəyişilə bilər

"Brexit"dən sonra İngiltərədən kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişilə bilər.

Bu barədə "Reuters" agentliyinin analitikləri bildiriblər.

Məlumata əsasən, bundan təxminən 25 il əvvəl iqtisadiyyatın daha az təminatlı Avropa ölkələrindən ucuz işçi qüvvəsi ilə dəstəkləndiyini nəzərə alsaq, İngiltərə hakimiyyəti miqrantlardan asılılıqdan qurtulmağa doğru irəliləyəcək.

Analitiklərin fikrincə, mühacirlərin ölkəyə axını və ölkəyə girişə qoyulan məhdudiyyətlər İngiltərənin iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. "Brexit" dünyada artıq pozulmuş təchizat bağlarına əlavə zərbə vurub. Yük maşınları, qəssablar və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əmək haqqını artırmağa məcbur edir, eyni zamanda istehlak qiymətlərini yüksəlməsinə gətirir.

İngiltərənin Baş naziri Boris Johnson ölkənin daha aşağı maaş və işçilərin qeyri-kafi peşəkarlıq modelinə dönməyəcəyini açıqlayıb. İndi ölkənin iqtisadi kursu sakinləri dəstəkləmək, ixtisaslı kadrlar yetidirmək və müasir avadanlıqlar əldə etmək istiqamətində vəsait ayirmaq məqsədi daşıyacaq.