Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
8 Oktyabr 2021 08:54
2 779
İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar regional sabitlik üçün vacibdir və BMT bu dialoqun davam etdirilməsinə kömək etməyə hazırdır.
Bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
S.Cüjarrik bildirib: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı danışıqlar son dərəcə əhəmiyyətlidir. Açığı, bu, bölgədə sabitlik üçün son dərəcə vacibdir. Bu əlaqələri çox xoş qarşılayırıq.
Əlbəttə ki, bizdən istəniləcəyi təqdirdə mümkün olduğu qədər [ikitərəfli təmaslara] kömək etməyə hazırıq. Onlar danışıqlar aparırlar və bu, şübhəsiz ki, yaxşı haldır".
Qeyd edək ki, sentyabrın 3-ü Səudiyyə Ərəbistanı XİN rhəbri şahzadə Faysal bin Ferhan Al Saud gərginliyin azaldılması məqsədilə İranla birbaşa danışıqların başladığını bildirçişdi. Danışıqların son raundu İraq tərəfinin vasitəçiliyi ilə sentyabrın 21-i baş tutub.