Pentaqon İŞİD və “Əl-Qaida”nın xarici hücumları bərpa edəcəyini bəyan edib Dünya

Pentaqon İŞİD və “Əl-Qaida”nın xarici hücumları bərpa edəcəyini bəyan edib

ABŞ kəşfiyyatçıları İslam Dövlətinin (İŞİD) Əfqanıstan bölməsinin yaraqlılarının yeni xarici hücumları yarım il ərzində həyata keçirəcəklərini gözləyir.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.
“ABŞ kəşfiyyatçıları hesab edir ki, İŞİD Əfqanıstanda 6-12 ay sonra bu imkana malik olacaq. “Əl-Qaida” üçün isə 1-2 il müddət lazım gələ bilər”, - deyə cənab Kol Senatda keçirilən dinləmələrdə vurğulayıb.

Pentaqon rəhbərinin müavininin sözlərinə görə, İŞİD və “Əl-Qaida” “xarici hərbi əməliyyatları”, o cümlədən ABŞ-a qarşı əməliyyatları bərpa etmək niyyətindədir. Lakin qruplardan heç biri hələlik belə imkana malik deyil.