ABŞ Rusiyanı hər tərəfdən hərbi bazalarla mühasirəyə alıb - Lavrov Dünya

ABŞ Rusiyanı hər tərəfdən hərbi bazalarla mühasirəyə alıb - Lavrov

ABŞ Rusiyanı hər tərəfdən hərbi bazalarla mühasirəyə alıb və hərbi isteriyanı qızışdırır. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
Bunu Lavrov A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun “Gələcək Naminə Dialoq” illik elmi və təhsil proqramının iştirakçıları qarşısında çıxış edərkən deyib.

“ABŞ-ın bizi hər tərəfdən öz hərbi bazaları ilə əhatəyə alması yəqin ki, artıq hər bir məktəblinin bildiyi faktlardır və buna baxmayaraq, bu isteriya daim qızışdırılır (Rusiya sərhədləri yaxınlığında. – Red.)” – nazir deyib.

Rusiya mediası yazır ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiya qüvvələrinin Ukrayna ilə sərhədə "çəkilməsindən" narahat olduqlarını bildiriblər. Prezidentin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Moskva öz ərazisi daxilində və öz mülahizəsinə uyğun olaraq qoşun yeridir - bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Eyni zamanda, sərhədləri qeyri-sabit regiona malik olan istənilən ölkə öz təhlükəsizliyi üçün lazımi tədbirləri görəcək.

ABŞ-ın özü və onun NATO-dakı müttəfiqləri son vaxtlar Qara dənizdə hərbi fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırıblar. Müdafiə Nazirliyində deyildiyi kimi, ABŞ Rusiya sərhədləri yaxınlığında qoşun qruplaşması yaratmağa çalışır və Vaşinqtonun məqsədlərindən biri də Ukraynanın hərbi inkişafıdır. Nazirlik hesab edir ki, ABŞ Donbassdakı münaqişənin hərbi yolla həlli halında vəziyyəti öyrənir.

Cavid