“Ukrayna ssenarisi Qazaxıstanda təkrarlana bilər”-politoloq Dünya

“Ukrayna ssenarisi Qazaxıstanda təkrarlana bilər”-politoloq

“Qazaxıstandan gələn xəbərlərə görə, mitinqlərdə və küçə yürüşlərində ruslar və rusdillilər iştirak etmirlər. Onlar hesab edirlər ki, qazaxlar arasındakı “razborkaya” qarışmaq düzgün deyil. Rusiya mediası ona da işarə edirki, rus dilinin geniş yayıldığı Qazaxıstanda mitinq və küçə yürüşlərində şüarlar qazaxdilindədir. Ona görə ruslar hadisələri evlərinin eyvanlarından izləyirlər.

Buna baxmayaraq, Qazaxıstanda rusların və rusdillilərin ölkə əhalisinin təxminən 40 faizinitəşkil etdiyini nəzərə alaraq maraqlı güclərin təxribatından faydalanmaq istəyi istisna deyil”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun spzlərinə görə, kreml 8 il əvvəl Krımı və Donbassı məhz “rusdilli əhalini qorumaq” adı altında ilhaq edərək Ukraynanı parçalamışdı: “Təəssüf ki, eyni ssenari Qazaxıstanda təkrarlana bilər. Digər tərəfdən Ukraynadan fərqli olaraq haqqında danışılan ssenarini Qazaxıstanda həyata keçirmək Kreml üçün daha rahat ola bilər. Rusiya hərbçiləri Ukraynaya yerli hakimiyyət tərəfindən dəvət edilməmişdi. Bu Ukraynanın Rusiyaya bağlı prezidenti Viktor Yanukoviçində ağlına gəlməmişdi. Ruspərəst Yanukoviçdən fərqli olaraq Qazaxıstan prezidenti TokayevRusiya hərbçilərini özü ölkəsinə dəvət etməklə Kremlin işini yüngülləşdirib. Qazaxıstanda təxribatçıların rus mənşəli bir neçə şəxsə qarşı hücumu kifayət edəcək ki, Kreml çoxdanarzuladığı Qazaxıstanı parçalamaq planını həyata keçirsin. Ona görə müxtəlif liderlərin Qazaxıstana dəstək açıqlamalarında “sabitliyinbərpası” ifadəsiylə yanaşı “ərazi bütövlüyünündəstəklənməsi” ifadəsinin işlədilməsinə də ehtiyac yarana bilər”.