“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 Yanvar 2022 14:03
3 745
“Cenevrədə keçirilən NATO Rusiya danışıqları 2022-ci il regionumuza da təsirsiz ötüşməyəcək. Çünki Moskva MDB məkanında öz təsirini artırmaq və NATO-nun bu regionla siyasi-hərbi əməkdaşliğına qarşıdır. Cenevrə danışıqları Putin üçün yeni fürsətlər açir və belə birdanışıqlarda Rusiyanın beynəlxalq aktor rolunuortaya qoyur”. Bunu xalqcəbhəsi.az-aaçıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, bu danışıqlarda Kreml Ukrayna, Gürcüstan və Qazaxıstan, xüsusilə Mərkəzi Asiya regionunda NATO nun hər-hansı bir hərəkətlilik etməsinə, MDB məkanının artıq Rusiyanın protektoru olduğunu qəbul etdirməyə çalışacaq: “Həmçinin Şərqi Avropada ABŞ və NATO nun hərbi fəaliyyətinə son qoyulmasını tələb edəcək.
Ümumiyyətlə, belə danışıqlar Putin üçün uğurlu bir gedişdir və Qazaxıstan məsələsindən sonra dünyanın bölüşdürülməsində maraqlıdır. ABŞ və NATO buna qarşı olacaq, demək olar ki, NATO-Rusiya danışıqlarının uğursuz olacağı gözlənilir.
Putinin hazırkı siyasəti Cənubi Qafqazin təhlükəsizliyini təhdid edir. Azərbaycan bu kimitəhdidlərə qarşı yalnız Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində öz təhlükəsizliyini təmin edə bilər. Türkiyə NATO ölkəsidir və Ankaranin bu siyasəti NATO -nun geosiyasimaraqlarına cavab verir. Qeyd edim ki, Rusiyaçalışacaq ki, Ermənistan-Türkiyə sərhədləri açılmasın. Həmçinin Azərbaycanla Ermənistan arasında böhran davam etsin. Rusiyanın busiyasətinə qarşı Türkiyə praktik addimlaratacaq”.