“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
14 Yanvar 2022 09:51
3 395
Şimali Koreya ABŞ-ın Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra "daha güclü və qəti cavab" verməli olacağı barədə xəbərdarlıq edib.
Trend xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilmiş KXDR XİN təmsilçisinin bəyanatında bildirilir ki, əgər ABŞ bu cür qarşıdurma mövqeyini davam etdirsə, KXDR buna daha sərt və daha qəti reaksiya verməyə məcbur olacaq.
Onun sözlərinə görə, son zamanlar hipersəs raketlərinin buraxılışı özünümüdafiə hüququnun həyata keçirilməsi olub.
"Bu heç bir konkret ölkə və ya qüvvələrə qarşı yönəlməyib və qonşu ölkələrin təhlükəsizliyinə heç bir zərər vurmayıb", - deyə bəyanatda qeyd olunur.
Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın hərəkətlərini “açıq-aşkar təxribat” adlandırıb və Vaşinqtonu “vəziyyəti qəsdən gərginləşdirməkdə” ittiham edib.
20 Sentyabr 12:07
903
20 Sentyabr 12:06
889
19 Sentyabr 12:42
1 253