Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO
Pakistan hakimiyyəti keçmiş Baş nazir İmran Xanın iki bacısını saxlayıb
21 Yanvar 2022 09:29
4 214
BMT Baş Assambleyası Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.
Trend-in məlumatına görə, Baş Assambleya Holokostun tarixi hadisə kimi tam və ya qismən inkarını rədd edir və birmənalı şəkildə pisləyir.
BMT həmçinin təşkilatın bütün üzv dövlətlərini bu məqsədlə atılan hər hansı addım da daxil olmaqla, bu cür inkarı rədd etməyə çağırıb.
Qeyd edilir ki, İsrail, ABŞ, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsvreməyə çıxarılmadan qəbul edilib.
BMT həmçinin sosial şəbəkələrə sahib olan dövlətləri və şirkətləri antisemitizmi təbliğ etmək və tarixi təhrif etmək üçün informasiya texnologiyalarından istifadəyə qarşı mübarizə aparmağa çağırıb.