4 Fevral 2022 09:49
3 038
Suriyanın şimalında “Sülh bulağı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonalarında iki gündə 43 YPG (PKK-nın Suriya qanadı) yaraqlısı zərərsizləşdirilib.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, Suriyanın Əl-Bab, Dadat, Cibrin və Tall Malid bölgələrinin terrorçularının atəşə tutması nəticəsində 9 dinc sakinin öldürülməsinə, Türkiyənin Şirnak vilayətində minaatanlardan atəşə tutulması nəticəsində türk əsgəri Tarık Tarcanın həlak olmasına cavab olaraq Türkiyə Silahlı Qüvvələrinin bölmələri YPG/PKK-ya qarşı əməliyyat təşkil edib.
Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG ilə qətiyyətlə mübarizəni davam etdirəcək.
12:05
1 925
29 May 14:34
1 841
29 May 11:35
1 673