İranda limanda yanğın olub, 7 gəmi yanıb Dünya

İranda limanda yanğın olub, 7 gəmi yanıb

Bu gün 03:30 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Nəxl-Təqi liman platformasında 7 kiçik tonnajlı gəmi yanıb.

Trend-in məlumatına görə, bunu İranın Əsəluyə rayonunun qubernatoru Əli Haşemi deyib.

Ə.Haşeminin sözlərinə görə, hadisə yerinə yanğınsöndürmə əməkdaşları cəlb olunsa da, gəmilər tamamilə yanıb. Lakin platformanın yanmasının qarşısı alınıb. Ümumilikdə dəyən xəsarət təxminən 500 milyard rial (təxminən 11,9 milyon dollar) civarındadır.

O bildirib ki, ümumilikdə Buşehr vilayətinin liman platformalarında saxlanılan kiçik tonnajlı gəmilərin sayının həddən çox olması təhlükə yaradır.

Yanğınla əlaqədar araşdırma aparılır.