Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 30-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbulu edəcək.
Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, qəbulda yalnız Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti 255) 29 sentyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər