Mətbuat Şurası “dəyirmi masa” keçirəcək Hadisə

Mətbuat Şurası  “dəyirmi masa” keçirəcək

Bu gün saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində "Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış" mövzusunda "dəyirmi masa" keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək tədbirdə qəzetlərin, informasiya agentliklərinin, həmçinin internet xəbər saytlarının baş redaktorlarının, jurnalist təşkilatlarının təmsilçilərinin, ictimai xadimlərin iştirakı nəzərdə tutulur.
Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunacaq. Bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salınacaq.