Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Hüseyn Cavid. Vətənə qayıdış”

“Hüseyn Cavid. Vətənə qayıdış” Hadisə

“Hüseyn Cavid. Vətənə qayıdış”

"Kaspi"yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı


Noyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, bu il təsis edilən "Kaspi" mükafatının və "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomunun və kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə öncə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, o, Azərbaycan ədəbiyyatının ən böyük şəxsiyyətlərindən və romantizmin banilərindən biridir: Hüseyn Cavid türk dünyasının böyük yazarlarındandır. Təəssüf ki, onun çoxşaxəli yaradıcılığı uzun müddət diqqətdən kənarda qalıb. 2013-cü ildə idə "Kaspi" Təhsil Mərkəzinin layihəsi əsasında onun kitabları çap edilib". "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yayında elan edilib və müsabiqə müddətində 100-ə yaxın yazı qəbul olunub: "Münsiflər tərəfindən seçilmiş 31 məqalə "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsi kitabına daxil edilib və qaliblər müəyyənləşib. Qəzetimiz yarandığı gündən maarifçiliklə məşğul olub və bu proses bu gün də davam edir". AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda Hüseyn Cavid irsinin araşdırılması və təbliği üçün bütün imkanlar yaradılıb: "Hüseyn Cavidin nəşinin Azərbaycan gətirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu, Azərbaycan ədəbiyyatına və Hüseyn Cavidə verilən ən böyük qiymət idi. Hüseyn Cavidlə bağlı dünya ölkələrində tədbirlərin təşkili də cavidşünaslıqda yeni bir mərhələdir". Onun sözlərinə görə, Hüseyn Cavid epopiyası Azərbaycan cəmiyyətinə lazımi səviyyədə təqdim olunmayıb. "Kaspi"nin bu layihəsi bu missiyanı layiqli səviyyədə yerinə yetirir. Kitabda Jüseyn Cavidin elmi təfəkkürünün görünməyən tərəfləri, onun şəcərəsi, ailəsi və müasirləri ilə münasibəti barədə məlumatlat əksini tapıb. Həmçinin yeni yanaşmalar, yeni ideyalar qələmə alınıb. Professor Kamran Əliyev də Hüseyn Cavid yaradıcılığını və təbliğini yüksək qiymətləndirib. Qeyd edib ki, kitabda yeni ideyalar xüsusilə qabardılıb. Güman ki, həmin ideyalar əsasında yeni əsəsrlər meydana gələcək ki, bununla da Cavidşünaslıq epopiyasının əsası qoyulacaq. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında "Kaspi" qəzetinin təşkilatçılığı ilə Hüseyn Cavidin əsərlərinin 3 dilə tərcümə olunduğunu və təbliğ edildiyini diqqətə çatdırıb. O bildirib ki, Hüseyn Cavid irsinin araşdırılması və təbliğində "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevanın xidmətləri misilsizdir. Sonra "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin birgə layihəsi olan "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinə təqdim edilmiş 100-ə yaxın məqalədən 31-i "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsi kitabına daxil edilib. Müsabiqənin qalibləri isə aşağıdakılardır: Ziyadxan Əliyev: "Hüseyn Cavid romantizmi rənglərin işığında" (I yer) Elnarə Akimova: "Cavid yaradıcılığı: zamana baxış kontekstində" (II yer) Gülnarə Səma: "Cavidanə uçurum" (III yer) Günel Orucəliyeva: "Hüseyn Cavidin görkəmli şəxsiyyətlərə həsr etdiyi şeirlər haqqında bir neçə söz" (həvəsləndirici mükafat) Nərgiz İsmayılova: "Hüseyn Cavidin "İblis" və Joze Saramaqonun "İsanın incili" əsərlərində İblis sürətləri" (həvəsləndirici mükafat) İsgəndər Atilla: "Dünya filosoflarının nəzəriyyə və konsepsiyaları kontekstində Cavidin fəlsəfi fikir və düşüncələrinə bir nəzər" (həvəsləndirici mükafat) . Bundan başqa, "Kaspi" qəzeti Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və ədəbiyyatının keşiyində duran, müstəsna xidmətləri ilə yaddaqalan seçkin simaları, dəyərli ziyalıları, söz və fikir adamlarını qiymətləndirmək məqsədi ilə "Kaspi" mükafatı təsis edib. Mükafat bu ildən etibarən hər il bir nəfərə xüsusi xidmətlərinə görə veriləcək. Bu il, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə dahi Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən vətənə qaytaran nümayəndə heyətinin sədri olmuş, əhəmiyyətli materialları, sənədləri qoruyub günümüzə çatdırmış Həmid Qara oğlu Cəfərov, Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi xidmətlərə görə "Kaspi" mükafatı ilə təltif olunub. Görülən işlərin davamı kimi "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin birgə layihəsi əsasında iki nəşr işıq üzü görüb. Bunlardan biri "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsinin seçilən, daha dəyərli hesab edilən nümunələrindən ibarət məqalələr toplusudur. Digəri isə "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomudur. Fotoalbomda Ulu Öndər Heydər Əliyevin sənətə və ədəbiyyata verdiyi dəyər nəticəsində dahi şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının vətənə qovuşması, yubileylərinin keçirilməsi, abidəsinin ucaldılması, Cavidlər ailəsinin bir məqbərədə torpağa tapşırılması, eləcə də Azərbaycan xalqının ədəbi irsinə, söz adamlarına yüksək qiymət verən cənab Prezident İlham Əliyevin Hüseyn Cavidin yubiley tədbirlərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar və digər maraqlı materiallar yer alıb.
Olduqca nəfis poliqrafik icrası olan bu ecazkar nəşr layihəsinin rəhbəri, redaktoru və tərtibçisi Sona Vəliyevadır.