ABŞ səfirliyi işini dayandırdı Hadisə

ABŞ səfirliyi işini dayandırdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb.
Bu barədə səfirlik məlumat yayıb. Məlumatda kəskin hava şəraiti səbəbindən səfirliyin açılışının təxirə salındığı, viza görüşlərinin ləğv olunduğu və yenidən təyin olunacağı bildirilib.
"Sərt hava şəraitini nəzərə alaraq, ABŞ səfirliyinin açılışı təxirə salınıb. Bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq" – deyə səfirliyin açıqlamasında qeyd edilib.