9 hərbçimiz minaya düşdü Hadisə

9 hərbçimiz minaya düşdü

Cəbhədə mina partlaması nəticəsində ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində faciəli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.
Ordumuzun daha bir neçə hərbçisi ağır yaralanıb. Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.
Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.
Mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçulardan ikisi Bakıya təxliyə olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerində gedib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.