Gürcüstanda kütləvi zəhərlənmə: 50-dən çox uşaq xəstəxanaya çatdırılıb Dünya

Gürcüstanda kütləvi zəhərlənmə: 50-dən çox uşaq xəstəxanaya çatdırılıb

Tbilisidə bağçalardakı zəhərlənmə hallarından sonra araşdırmalara başlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, 20 uşaq bağçasından olan 55 uşaqda və bir tərbiyəçidə intoksikasiya əlamətləri aşkar edilib. Onlar paytaxtın altı tibb müəssisəsinə tibbi yardım üçün müraciət ediblər.

İstintaq çərçivəsində valideynlərin və həkimlərin ifadələri alınıb. Gecə ərzində müstəntiqlər dörd uşaq bağçasında, həmçinin məktəbəqədər müəssisələrə ərzaq tədarük edən şirkətlərdə axtarışlar aparıblar.

İstintaqın ilkin versiyasına görə, zəhərlənmə uşaq bağçalarında istifadə olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiya ilə bağlı ola bilər. Qidalanmada məhz hansı məhsulun zəhərlənməyə səbəb olduğu laborator müayinələrin nəticələrindən sonra müəyyən ediləcək.

Məryəm Quliyeva