MSK-nın iclası keçirilib Hadisə

MSK-nın iclası keçirilib

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasın əvvəlində MSK üzvlərinə vəsiqələri təqdim olunub. Sonra gündəlikdə duran məsələlərə baxılıb, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibinə dəyişiklik edilib.
İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsvermə prosesində seçki məntəqələrində "web-camera"lardan istifadə qaydaları haqqında məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, dünyada məşhur olan bu təcrübədən MSK geniş istifadə edir və bu beynəlxalq qurumlar tərəfindən bəyənilir. N. Məmmədov qeyd edib ki, həmin dairə üzrə 40 seçki məntəqəsindən 10-da "web-camera"ların quraşdırılacaq: "Bu, ümumilikdə seçki məntəqələrinin 25 faizini təşkil edir".
Sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı MSK-ya daxil olan mürciətlərə baxılıb.