ANAMA top mərmiləri və “Qrad“ raketinin qalıqlarını aşkarlayıb Hadisə

ANAMA top mərmiləri və “Qrad“ raketinin qalıqlarını aşkarlayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 10-da Ağdam rayonunun Zəngişalı kəndində üç əkin sahəsində üç partlayış yerinə baxış keçirib.
ANAMA-da verilən məlumata görə, baxış zamanı partlamış hərbi sursatların (top mərmiləri və 9M22U "Qrad" raketi) qalıqları aşkar edilərək götürülüb.
Tərtər rayonunun Şıxarx kəndi ərazisində otlaq sahəsində isə dörd partlayış yerindən partlamış hərbi sursatın qalıqları aşkar edilib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 10 avqustda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.