“İcra haqqında“ Qanunun Kommentariyası hazırlanıb Hadisə

“İcra haqqında“ Qanunun Kommentariyası hazırlanıb

Məhkəmə qərarlarının icrası sahəsində ötən illərlə müqayisədə icra işlərinin sayı kəskin şəkildə artıb. Bu barədə Ədliyyə Nazirliyindən daxil olan məlumata görə, bununla əlaqədar müvafiq qanunvericilik yenilənib, icra xidmətinin strukturu, maddi-texniki bazası təkmilləşdirilib, İcra baş idarəsinin rəhbərliyi möhkəmləndirilib. Həmçinin sənədlərin vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi məqsədilə təsirli tədbirlər görülüb, o cümlədən "İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb. Ədliyyə Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə nəşr olunmuş kitabda "İcra haqqında" Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun gündəlik fəaliyyətinə yardımçı olmaqla onların stolüstü kitabına çevriləcək, eyni zamanda gənc hüquqşünaslar üçün dəyərli əyani vəsait olacaqdır.