Türkiyənin müdafiə naziri Naxçıvana gələcək Hadisə

Türkiyənin müdafiə naziri Naxçıvana gələcək

İsmət Yılmaz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri ilə tanış olacaq

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına planlaşdırılan səfərinin tarixi məlum olub.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyənin müdafiə naziri mayın 14-15-də Naxçıvan Muxtar Respublikasında səfərdə olacaq.
Səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində Türkiyə müdafiə nazirinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı və Muxtar Respublika rəhbərliyi ilə görüşləri planlaşdırılır.
İ. Yılmazın başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri ilə də tanış olacaq.