3 saylı istintaq təcridxanasında araşdırma Hadisə

3 saylı istintaq təcridxanasında araşdırma

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müraciətlərin yerində araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına qısamüddətli başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı burada saxlanılan bir neçə şəxs qəbul edilib, onlara hüquqi məsləhətlər verilib.
Habelə başçəkmə zamanı müəssisədə artıq müasir standartlara cavab verən tibb-sanitar hissəsinin istifadəyə verildiyi, burada iki rentgen otağının, laboratoriyanın, stomatoloji kabinetin müasir avadanlıqla təchiz olunduğu, istintaq altında olan şəxslərin müalicəsi üçün palataların, həmçinin aptekin istifadəyə verildiyi müəyyən olunub.
Eyni zamanda istintaq təcridxanasının şəxsi görüş otağının tam avadanlıqla təchiz edildiyi müəyyən edilib, oradakı şəxslərlə söhbət zamanı təqsirləndirilən şəxslər və onların yanına gələn yaxınları bu halı müsbət qiymətləndiriblər.