Taleh Bağırova 20 illik həbs cəzası Hadisə

Taleh Bağırova 20 illik həbs cəzası

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Taleh Bağırov 20 illik müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, prokuror Taleh Bağırova ömürlük həbs cəzası istəmişdi.