Paşazadə Türkiyə səfirini qəbul edib Hadisə

Paşazadə Türkiyə səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
QMİ-dən verilən məlumata görə, A. Paşazadə iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Türkiyədə keçiriləcək referenduma toxunan QMİ sədri bu hadisənin Türkiyə dövləti və vətəndaşları üçün uğurlu olacağına inandığını bildirib.
Səfir A. Paşazadəyə minnətdarlıq edib və iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini söyləyib.
Görüşdə QMİ sədrinin birinci müavini, müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı iştirak ediblər.