Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir İdman

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Formula 1 şəhərin mərkəzində keçirildiyi üçün nəqliyyatın rahat hərəkətinin təmin olunması bizim üçün əsas məsələlərdən biridir. Məqsədimiz müvəqqəti məhdudiyyətlərin şəhərdə gündəlik hərəkətə təsirini minimuma endirməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev Bakıda keçirilmiş 10-cu - yubiley Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.

O bildirib ki, əsas istiqamətlər üzrə tranzit dəhlizləri açıq saxlanılır: “Yarışdan sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq. Bu il artıq ertəsi gün saat 12:30-a qədər şəhər mərkəzindəki yol məhdudiyyətlərinin əsas hissəsi aradan qaldırılmışdı”.

Qeyd edək ki, builki Azərbaycan Qran-Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Corc Rassell olub.