“Azərbaycan onunla diktə dili ilə danışılmasına imkan vermir” Gündəm

“Azərbaycan onunla diktə dili ilə danışılmasına imkan vermir”

“Azərbaycan müstəqil ölkədir, müstəqil siyasət yürüdür. Azərbaycan aparıcı beynəlxalq təşkilatlarda üzvlük prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirir, istər qonşu ölkələrlə, istər uzaq ölkələrlə normal münasibətlər saxlayır və imzalanan razılaşmalarda da öz üzərinə düşən işləri yerini yetirir”.

Bunu xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

M.Göyüşlü vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasətində hər hansı bir dövlətin, təşkilatın onunla diktə dili ilə danışmasına imkan vermir: “Çünki bizim xarici siyasətimiz məhz bunun üzərində qurulub. Artıq Azərbaycanla hesablaşırlar, Azərbaycan beynəlxalq proseslərdə aktiv iştirak edib, orta gücə çevrilib. Bütün bunlar da Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda, bu, İlham Əliyevin qurduğu xarici siyasət konfiqurasiyasının nə qədər uğurlu bir mexanizm olduğunun, uğurlu bir çalışmalar həyata keçirildiyinin göstəricisidir”.

Röya İsrafilova