Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
11:10
420
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirsayılacaq. Bu haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti olacaq, 10 faiz dərəcə ilə vergi tutulacaq. Özəl məhkəmə ekspertləri vergi orqanlarına bəyannaməverəcəklər. Özəl məhkəmə ekspertləri özəl məhkəmə ekspertlərinin fəaliyyətinə görə onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməli, hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
"Tibbi sığorta haqqında" qanuna tıklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.