Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

17-ci yazı

1829-cu il 18 yanvar. "Türkmənçay müqaviləsi"nə əlavə. İran ilə Rusiya arasındakı sərhəd xəttinin təyin edilməsi barədə protokol

Həmçinin Əlmənçay arasından 3 rüb verst aşağıda xaraba Kersevis körpüsündən keçir. Bu nöqtədən sonra Araz səhradan keçib, cənub-şərqə doğru axır. 2,5 verstliyində sağ sahilində yerləşən 3 adaya çatır ki, yenə İrana aiddir. Onlardan birisinin böyüklüyü bir verstdir, digəri isə üçüncü adanın müqabilindədir ki, Rus dövlətinə aiddir və Şahqulu qalası ətəyində yerləşib ki, Tələci keçidi Arazın bu məkanından 4,5 verst fəsilədə həmin su məcrasına axıb, rus tərəfində olan Mayhi kəndinə yetişir. Araz bu kəndə çatmamış sağ sahilində olan adadan keçir ki, dərə ilə sərhəddir. Belə ki, onun sağ sahili Qızıl Xacə daşları ilə həmsərhəddir və Araz çayı axmaqla 3 böyük ada təşkil edir. Bu nöqtədən Araz çayı axmaqla keçmiş məcrasına dönüb Bərar dərəsindən 13,5 verst axdıqdan sonra Rusa aid iki adadan keçir. Həmin adalardan birinin uzunluğu bir verst, digəri isə 1,5 verstdir. Araz çayı sonra Gilançay dəhnəsinə çatır. Onun sağ sahilində yerləşmiş Yuxarı Azay kəndi aşağısında və sağında yerləşən Mazara kəndi müqabilində yerləşir.
Araz Gilançay dəhnəsindən keçdikdən sonra keçmişdə qeyd etdiyimiz məcradan 5 verst cərəyan edib sağ sahilində yerləşən iki verst uzunluğunda adanın yanından keçir. Bu ada rus dövlətinə aiddir. Digər kiçik adanın yaxınlığından keçib, Əhmədabad keçidinə və Rusiya tərəfindən axan kiçik Vulkançay çayına axıb çatır. Bu minvalla Araz çayı 7 verst məsafəni axıb, Dəstə adlı rus kəndi yaxınlığından keçir və Araz çayı Rusiyaya aid 4 adadan keçdikdən sonra Dəstəçayı dəhnəsinə çatır. Sonra bu nöqtədən şərqə doğru axıb, 3 verst məsafədə kiçik Dirəvərs çayına çatır ki, Rusiya tərəfdən axır və bu məsafədə 3 adadan keçir. Onlardan ikisi sağ, birisi sol sahilindədir. Araz çayı bu nöqtədən keçib cənub və şərqə doğru axır, Ordubad çayı dəhnəsi yaxınlığındakı keçidə çatır. 2,5 verst axdıqdan sonra Rusiyaya aid iki böyük adadan və İrana aid üçüncü adadan keçir. Bu nöqtə də Araz yenə məcrasını Şərqə doğru dəyişir və hər iki sahildə iri daşlar olduğu üçün darısqal dağ keçidinə düşür. Bu daşlar 1,5 verst Ordubad çayı dəhnəsindən aşağı Arazın sağ sahilində yerləşmiş Sari kəndindən başlayır. Ləkəs adlı hündürlükdə birləşib, kiçik Qaravulçay çayı dəhnəsinə çatır ki, İri kəndindən axır. Həmin kənd İran tərəfində yerləşir. Bu məsafə Araz çayı İrana aid 5, Rusiyaya aid 3 adadan keçir. Bu adaların aşağısında, rus tərəfdən 5 verst aşağı Sarıtəpə yaxınlığında bir keçid vardır. Məlik İbrahim qayaları və İran tərəfdən Qaradağ dağları vasitəsi ilə Araz çox darısqal dağ keçidinə düşür. Belə ki, Arazın məcrası şərqə dönür və 7 verstlikdə Rusiyaya aid olan Astarudun uzun dərəsindən keçib, həmin məşhur qayaya çatır ki, Rusiyaya aiddir. 3 verst uzunluğunda Rusiya tərəfində və Qaradağ qarşısında birləşir. Bu qayadan bir verst aşağıda Araz Dəryaşin çayından keçir ki, Kolə kəndi orada yerləşir və bir verst sahildən keçir ki, Kolyə kəndi orada yerləşir və bir verst sahildən uzaqda, sol tərəfindədir. Sonra 3 verst aşağıda Arazın məcrası Dəstəkürd çayı dəhnəsindən keçir ki, Kolyə kəndi orada yerləşir və bir verst sahildən uzaqda, sol tərəfindədir. Sonra 3 verst aşağıda Arazın məcrası Dəstəkürd çayına çatır ki, Qaradağdan gəlir və 7,5 verst məsafədə Arazın məcrası onun sağ sahilində yerləşən Kətül dağı uçurum dağları ilə birləşir və onun sol sahilində yerləşən Sarata dağlarıdır ki, bu dağlar arasında Muryaqiyas kilsəsi yerləşib. Bu uçurumlar Araz çayının məcrasını Fəraqivan dərəsinə qədər döndərir ki, çay 3 verst məsafədən sonra 3-4 verst uzunluğu olan İrana aid bir adaya çatır və bu məsafənin yarısında Mardu keçidi yerləşir ki, Mardu dərəsi adı ilə adlanır və sahildə yerləşir.
Həmin dərə silsilə dağlardan əmlə gəlibdir ki, əhalinin oradan keçməsi üçün Mirnəfər Cavan dağından keçid kəçilib ki, bu adanın yaxınlığında, verstin dörddə üç hissəsi fasiləsində yerləşir. Bu məkandan 2 verst aşağıda Araz Duzal kiçik çayı dəhnəsinə çatır ki, onun sol sahilində Hacı Kəlaş qayaları və sağ sahilində Duzal kəndində bağları yerləşir və bu məsafənin yarısında yarım verst uzunluğunda bir ada var ki, Rusiyaya aiddir.
Sərhəd xətti bu nöqtədən, yəni Arazın suyu iki verst məsafəni keçdikdən sonra Arazın sağ sahilində yerləşən Kərdəs qalası ətəyinə çatır. Bu məsafədə Rusiyaya aid iki ada yerləşir və sol sahilində Bülovdağı qayasıdır. İki verst aşağıda Araz çayı Mehriçay dəhnəsinə çatır ki, onun sol sahilindən axır. Oradan Araz çayı sahilindən 3 verst fasilədə Mehri yerləşir ki, Uraldağı dağları onun yaxınlığında Araz çayı məcrasına tabe olur ki, bu məcra Mehriçay dəhnəsindən şimal və şərq arasındadır. 9 verst yol getdikdən sonra orada Rusiyaya aid 7 adaya çatır və 4 digər ada İrana aiddir. Oradan Arazın məcrası qıvrılıb 5 verst və verstin dörddə biri qədər məsafədə cənub və şərqə doğru axıbg yarım verst məsafədə Rusiyaya aid adaya birləşir. Araz çayı oradan şərqə doğru 13 verst axdıqdan sonra Rusiya tərəfindən axan kiçik Gəmiçay dəhnəsinə cərəyan edir və orada sağ sahilə aid digər 4 adadan keçir və sol sahilində yerləşən digər ada yaxınlığında Mizan və Rulalı kəndləri yerləşir. Həmin adda olan dağların ətəyində, sərhədin bu nöqtəsində Araz çayı sahilinin bir verstliyində yerləşibdir və Əlivərəq və Nüqədi kəndləri həmin məkandan Astasu dağları ətəyində, Arazın sol sahilindən 2 verst fasilədə yerləşiblər. Arazdan 2,5 verst aşağıda Əsişin adlı kiçik bir çay dəhnəsinə çatır ki, Muğar kəndi aşağısındadır və Araz çayına tökülür.
Arazın sağ sahilində yerləşən Əsişin dağından axır. Arazın iki verst və verstin üçdə biri məsafəsində Sarısərt dəhnəsinə çatır ki, həmin adda dağdan tökülür və həmin dağ Araz çayının sol sahilində yerləşir, oraya axıb, Arazın 2,5 verst aşağısında kiçik Qululiçay dəhnəsinə çatır ki, həmin adda kəndə tabedir və İrana aiddir, Araz çayına tökülür. Onun yanında o dövlətə aid ada var və Araz çayının 5,5 verst aşağısında İrana aid Kəlalə kəndinə çatır və Rusiya tərəfindən Araz çayı kənarında yerləşmiş Əsbəhri dağı qayasından keçir. Araz çayı bu nöqtədə şimal və şərqə doğru axıb, 5,5 verst keçdikdən sonra İran tərəfdən axan kiçik Çalnarıçayı dəhnəsinə, sonra 8 verst məsafəsi olan dərəni keçib kiçik Qumlaqçay çayına çatır ki, Rusiya tərəfindən axır. Bu yerdə iki ada vardır ki, birisi Rusiyaya, digəri İrana aiddir. Bu məhəldən 2,5 verst aşağıda Araz çayı yenidən İrana aid 3 adadan keçir. Bunlar sağ sahildən axan kiçik Əlğa çayının birləşdiyi yerdə yerləşir. Bu məkandan keçdikdən sonra Araz çayında 8 ada əmələ gəlir ki, İrana aiddir. IX ada rusa aiddir. Sindiyan qalası hündürlükləri ətəyində, Sitamedi dağı kənarındadır ki, İran tərəfdə yerləşib. Orada Araz çayı Bəsitçay dəhnəsinə çatır ki, sol sahildə yerləşmiş Tavaçadağı dağlarından Araza daxil olur. Müqəddəm kəndindən keçdikdən sonra Araz çayı dörd adadan keçir ki, ikisi Rusiyaya, ikisi İrana aiddir. Sonra Arazın sol sahilində yerləşmiş dərəyə daxil olur. Sağ sahilində yerləşmiş Dələkdasdan keçir. Arazın 4,5 verstliyinə çatır. Sonra Maçuvandurçay dəhnəsində, Arazın sol sahilində yerləşmiş Sər qalası ətəyində Araz çayına daxil olur.
Araz çayı bu məkandan cənub və şərqə axır. On bir verst məsafədə həmin dərədən Luhabet dərəsindən, sonra Rusiyaya aid 12 böyük adadan keçir və İrana aid Nəsuranı adlı dərənin yaxınlığındakı 10 adaya çatır. Oradan sol sahildə yerləşmiş kiçik Bərkəbat çayının dəhnəsinə çatır. Həmin məcra ilə 2 verst aşağıda 2 kiçik çay dəhnəsinə çatır. Birisi, Ġlfaqdır, Rusiya tərəfdən axır, digəri Fərqsudur. Şaraqı yaxınlığında İrana aiddir. Araz bu məkanda İrana aid iki adadan keçib 7 verst aşağıya çatdıqda iki qədim Xudafərin körpüsünə çatır. Oranı keçdikdən sonra İrana aid 10 və Rusiyaya aid 7 adadan keçir. Bu iki körpüdən sonra Sərkurə Arazın yuxarısından şərqə doğru axır. 4 verst keçdikdən sonra kiçik Çəlpaçay çayı dəhnəsinə çatır ki, ondan bir verst aşağıda Larican dəhnəsidir. Oranın 2,5 verstliyində yuxarı Xumarluçay yerləşir və aşağı Xumarluçay da 1,5 verstlikdədir. Bu dörd çay Arazın sağ tərəfindən axır və Larican dağlarından gəlir ki, onlardan birində Xumarlu kəndi yerləşir. Bu dağlar Vərəsdağın üzbəüzündə yerləşib ki, Rusiya tərəfindədir. Araz, Əşgihəmədani adlı kiçik qayalar müqabilində yerləşmiş aşağı Xumarluçay dəhnəsindən keçdikdən sonra iki qədim Qız qalası arasından 6 verst axdıqdan sonra Sığırlı dağlarından axan və İran tərəfdə yerləşmiş Sığırluçay çayı dəhnəsinə çatır və həmin adda kəndin aşağısında birləşir. Oradan bu yerə daxil olana qədər sağ sahildəki 8 adadan keçir. Digər 7 ada sol sahildədir. Tatar düzü adlanan geniş bir səhra ilə sərhəddir. Arazın Sığırluçayı çayından 4 verst aşağıda Çomçaqçay dəhnəsinə çatır. Onun bu məcrasında İran üçün iki ada vardır və 3 ada Rusiya üçündür. Bu Çomçaqçay Tatar düzü səhrasından keçib Araza daxil olur və bu məkandakı 5 verst aşağıda, sol sahildən Mantəpə dağından keçib, iki Göydərəçay dəhnəsinə çatır ki, sol tərəfdən Mantəpə dağından axır. Selsinçay çayından on bir ada İrana aiddir və bu məsafədə pərakəndə halda yerləşirlər. XI ada düz bu iki dəhnə qarşısındadır. Oradan Araz Maralyan keçidinə çatıb, 10 verst axdıqdan sonra bu məsafədə İrana aid on bir ada vardır. Araz keçidindən 2 verst aşağıda 2 verst uzunluğunda bir adaya çatır ki, İrana aiddir. Bu adanın iki qurtaracağında Muxtar və Sanuvan qışlaqları yerləşir. Bu böyük adanın qurtaracağında Araz çayı şimal və şərqə axır. Geniş dərədən 16 verst keçdikdən sonra Aslandüz keçidinə çatır ki, Qaradağdan axan Rudçay dərəsi dəhnəsinə yaxın yerdə yerləşir. Bütün bu məsafələrlə 16 verst Arazda 14 ada vardır ki, doqquzu Rusiyaya, beşi İrana aiddir. 2 verst aşağıda, Arazın sol sahilində Lumanlı qışlağı ilə birləşir. Rusiya tərəfinə axan Çirkin kiçik çay dəhnəsinə çatır. İki verst məsafədə Rusiyaya aid 5 ada var.

(Əsnadi öz rəvabete ba məntəqe-ye Qafqaz. Tehran, 1994, s. 355-370). (Fars dilindən tərcümə edəni prof. S.M.Onullahi)

(Ardı var)

Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor