BAXCP sədri Türkiyə səfirinə başsağlığı verdi Hadisə

BAXCP sədri Türkiyə səfirinə başsağlığı verdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə çoxsaylı insan ölümünə səbəb olan partlayışla bağlı qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkuna başsağlığı məktubu göndərib
Məktubda deyilir: "Hörmətli cənab Səfir, Soma şəhərində yerləşən mədəndə baş verən partlayışın çoxsaylı insan ölümünə səbəb olması məni dərindən kədərləndirdi. Bu böyük faciə ilə bağlı Sizə, həlak olanların yaxınlarına və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm".