Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib Hadisə

Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

"Tərəqqi" medalı ilə

Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Qasımov Kyavus Safa oğlu
Məmmədov İlham Hacı oğlu
Vəliyev Cavanşir İnqlab oğlu.

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Kərimova Nüşabə Rəhim qızı
Təbrizli Arzu Sirus qızı
Zahidova Ladən Vahab qızı.

Dövlət başçısının digər sərəncamı ilə Nəriman Əhmədağa oğlu Qurbanova Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.