Rusiyadan Azərbaycana qarşı növbəti təxribat Hadisə

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər. Belə ki, mayın 20-də Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Dağlıq Qarabağ separatçılarının konserti planlaşdırılır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə elan konservatoriyanın saytında yerləşdirilib. (http://www.mosconsv.ru/ru/concert.aspx?id=139022)
Elanda mayın 20-də saat 19:00-da Konservatoriyanın Raxmaninov zalında "Artsax Dövlət Kapellası"nın konsertinin keçiriləcəyi bildirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildirilib ki, səfirlik məsələdən xəbərdardır və bu istiqamətdə iş aparılır.