KİVDF-dən jurnalistlər üçün müsabiqə Hadisə

KİVDF-dən jurnalistlər üçün müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illik günü ilə əlaqədar fərdi jurnalist yazılarının müsabiqəsini elan edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə:
1. Hüquqi dövlət quruculuğunda media amili
2. Media azadlığı media məsuliyyəti fonunda
3. Azərbaycan jurnalistikası inkişaf yolunda

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması:
1. İnsan amilinə verilən dəyər, məmur-vətəndaş münasibətlərində yenilik: "ASAN xidmət"
2. Vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətinin əsas meyarıdır
3. Azərbaycan demokratik, plüralizm cəmiyyətinin formalaşdıtı, bəşəri dəyərlərin inkişaf etdirildiyi ölkədir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə:
1. Azərbaycanın hücum diplomatiyasında Qarabağ reallıqları
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər beynəlxalq münaqişələrdən fərqli və oxşar cəhətləri
3. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara qarşı barışmaz mövqeyinə sadiqdir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqaməti üzrə:

1. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir
2. Xarici siyasətimizin əsas prinsipləri: Əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək
3. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması:
1.Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetdir
2. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir
3. Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğ istiqaməti üzrə:
1.Milli adət və ənənələr mənəvi dəyərlər sistemində
2.Azərbaycan xalqının təşəkkülündə dövlətçilik ənənələri
3. Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli dəyərləridir
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə:
1. Ölkə ərazisi genişzolaqlı internetlə təmin olunur
2. Dünya kosmik klubunun yeni üzvü - Azərbaycan
3. İnformasiyalı dövlət quruculuğu müasir dövrün tələbidir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə:
1.Azərbaycan dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir
2. Dini maarifləndirmə işi daimi proses kimi
3. Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqaməti üzrə:
1. Qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu artır
2. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası: Yeni hədəflərə çağırış
3. İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifələrdəndir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi istiqaməti üzrə:
1. Milli mənlik şüurunun inkişaf etdirilməsində əxlaqi meyarlar
2. Vətənpərvərlik insanın daxili zənginliyidir
3. Dövlət maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyi

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.
Müsabiqə haqqında www.kivdf.gov.az saytından daha ətraflı məlumat ala bilərsiniz.