Elçin Quliyev Pakistan Silahlı Qüvvələrinin qərargah rəisi ilə görüşüb Hadisə

Elçin Quliyev Pakistan Silahlı Qüvvələrinin qərargah rəisi ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Pakistan İslam RespublikasıSilahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunub, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasibətlərin perspektivləri müzakirə edilib, bu əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, transsərhəd cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verilib.
Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə qarşı çağırışlar ətrafında fikir mübadiləsi APArılıb.