Seçki Məcəlləsindəki dəyişikliklər Milli Məclisə çıxarılır Hadisə

Seçki Məcəlləsindəki dəyişikliklər Milli Məclisə çıxarılır

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasına çıxarılır.
Məcəlləyə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 6-da keçiriən iclasında müzakirə ediləcək.
Daha sonra isə qanun layihəsinin parlamentin dekabrın 15-də keçiriləcək iclasında müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, Seçki Məcəlləsinin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci(Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və.s maddəllərində dəyişikliklər edilir.