Şair Fikrət Mursaqulov anılıb Hadisə

Şair Fikrət Mursaqulov anılıb

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində həmin təhsil ocağının məzunu, mərhum şair Fikrət Mursaqulovun 60 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.
Toplantını giriş sözü ilə 5 nömrəli xüsusi internet məktəbin direktoru İradə Vəzirova açaraq Fikrət Mursaqulov yaradıcılığının bədii-estetik çalarlarından danışıb. O bildirib ki, şair özünün yaradıclıq keyfiyyətləti ilə həm də mübarizlik, həyata bağlanmaq nümunəsi idi. Buna görə də rəhbərlik etdiyi məktəbdə onun keçdiyi ömür yolu şagirdlərə böyük həvəslə çatdırılır.
F.Mursaqulovun toplantıda iştirak edən tələbə yoldaşları şair dostlarını xarakterizə edən cəhətlərə toxunublar. Çıxış edənlər Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, həmin nəşrin şöbə müdiri İlham Abbasov, həmçinin şair-publisist Givi Paçxataşvili, şair Akif Əhmədgil, 5 nömrəli xüsusi internat məktəbin ədəbiyyat müəllimi, şair Famil Hacısoy və başqaları bildiriblər ki, Fikrət Mursaqulov yüksək istedadı, mənəvi keyfiyyətləri, eləcə də jurnalistikaya hədsiz bağlılığı ilə seçilib.
Anım tədbirində 5 nömrəli xüsusi internat məktəbin şagirdlərinin ifasında Fikrət Mursaqulovun şerləri və şerlərinə bəstələnmiş mahnılar səsləndirilib.